Ana Sayfa > Gündəm > "Süni intellektin cinayət məqsədləri üçün istifadəsinə maraq artır" -

"Süni intellektin cinayət məqsədləri üçün istifadəsinə maraq artır" -


Bu gün, 11:20. Yazar: sevinc1
"Süni intellektin cinayət məqsədləri üçün istifadəsinə maraq artır" -

Süni intellektin inkişafı ilə yanaşı, onun cinayət məqsədləri üçün istifadəsinə dair maraqlar artır.

aia.az xəbər verir ki, bu fikir Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin "Critical Infrastructure Defence Challenge" ("CIDC 2025") kibertəhlükəsizlik festivalının iştirakçılarına ünvanlandığı müraciətində yer alıb.

Onun sözlərinə görə, son zamanlar süni intellekt həllərinin tətbiqinə dair artmaqda olan maraqlar bütün sahələrdə müşahidə edilir:

"DTX süni intellektdən istifadə edilməklə həyata keçirilən cinayət əməllərinə, xüsusilə təxribat hallarına qarşı mübarizə istiqamətində hüquqi, həmçinin texniki-texnoloji tədbirlər keçirir".

aia.az
Geri dön