Ana Sayfa > Manşet / Siyasət > Yüksək səviyyəli münasibətlərin daha da yüksəlişi istiqamətində mərhələ
Yüksək səviyyəli münasibətlərin daha da yüksəlişi istiqamətində mərhələBu gün, 20:07. Yazar: azer |
![]() Dünyanın əksər dövlətləri ilə dövlət müstəqilliyi bərpa olunmuş Azərbaycan arasında ikitərəfi siyasi, iqtisadi, mədəni münsibətlər yarandı. Bu əlaqələr həm mahiyyət baxımından, həm də miqyas amilinə görə genişləndi, yeni məzmunla formalaşdı. Siyasi əlaqələr fonunda digər əlaqələr dövlətlərarası münasibətlərin dünyəvilik prinsipləri əsasında inkişaf etdirildi. Aərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İtaliyanın Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda onun Azərbaycanda ikinci dəfə rəsmi səfərdə olduğunu, Azərbaycanla İtaliya arasında iki strateji sənəd imzalandığını, siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu, 2020-ci ildən başlayaraq TAP layıhəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edildiyini xatırladaraq dedi: “O vaxt TAP layihəsinin icrası məsələsi gündəlikdə idi. Müxtəlif problemli məqamlar mövcud idi və Prezident Mattarellanın səfərdən sonra şəxsən bu məsələyə müdaxilə etməsi, bu məsələnin tənzimlənməsi imkan verdi ki, TAP layihəsi uğurla icra edildi. 2020-ci ildən başlayaraq bu layihə vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə bizim əhatə dairəmiz artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı”. Azərbaycanla İtaliya arasında ikitərəfli əlaqələr bütün sahələri əhatə edir. Xatırladaq ki, İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb. Təməli 2022-ci ildə iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə qoyulmuş İtaliya- Azərbaycan Universiteti oktyabr ayının 1-də fəaliyyətə başlayıb. Bu universitetin fəaliyyətə başlaması iki dövlət arasında ali təhsil üzrə yeni mahiyyətli əməkdaşlığın başlanğıcı oldu. Bu universitetdə 538 tələbə bakalavr, 102 tələbə magistr təhsili alır. Dövlət başçımız bəyanatında dedi ki, “Bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir. Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir”. İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri siyasi ehtiramın nəticəsi kimi ikitərəfli münasibətlərin daha da inkişafına xidmət edir. Bu səfər belə tarixləşdi, gələcək yüksək səviyyəli siyasi, iqtisadi, mədəni münasibətlərin daha da yüksəlişi istiqamətində mərhələ olacaq... Səbinə XASAYEVA, Milli Məclisin deputatı Geri dön |