Ana Sayfa > Özəl > Millət vəkili Rövşən Muradov Bərdə rayonunda vətəndaş qəbulu keçirdi

Millət vəkili Rövşən Muradov Bərdə rayonunda vətəndaş qəbulu keçirdi


Bu gün, 14:15. Yazar: azer
Millət vəkili Rövşən Muradov Bərdə rayonunda vətəndaş qəbulu keçirdi

Milli Məclisin deputatı Rövşən Muradov Bərdə rayonu 588 ailəlik məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşmış Laçın rayon sakinləri ilə növbəti vətəndaş qəbulu keçirib.

aia.az xəbər verir ki, qəbul zamanı sakinlər müxtəlif problemlər və təkliflərlə deputata müraciət ediblər. Millət vəkili qeyd edib ki, qaldırılan məsələlər səlahiyyətləri çərçivəsində həll olunacaq, bəzi məsələlər isə aidiyyəti qurumlara çatdırılaraq nəticənin təmin olunması üçün tədbirlər görüləcək.
Qəbul iştirakçıları millət vəkilinə təşəkkür edib,bu cür görüşlərin vətəndaşların problemlərinin həllinə dəstək olduğunu vurğulayıblar.
Geri dön