Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı


8-10-2025, 10:47. Yazar: sevinc1
Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı

Oktyabrın 7-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

aia.az
Geri dön