Ana Sayfa > Ölkə > Ağdamdakı yanğında xəsarət alan qadın xəstəxanada ölüb

Ağdamdakı yanğında xəsarət alan qadın xəstəxanada ölüb


8-10-2025, 10:16. Yazar: sevinc1
Ağdamdakı yanğında xəsarət alan qadın xəstəxanada ölüb

Ağdam rayonunda ötən həftə baş verən yanğın zamanı xəsarət alan qadın Bakıda müalicə olunduğu xəstəxanada ölüb.

aia.az xəbər verir ki, oktyabrın 1-də Ağdam rayonu Quzanlı qəsəbəsində fərdi yaşayış evinin yanması nəticəsində xəsarət alan 1965-ci il təvəllüdlü İsmayılova Zibeydə Qənimət qızı və nəvəsi, 2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı Bakı şəhəri 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilmişdi.

Həkimlərin səyinə baxmayaraq, Z.İsmayılova müalicə olunduğu xəstəxanada ölüb.

aia.az
Geri dön