Ana Sayfa > Özəl > Tramp ABŞ və Kanadanın “Qızıl Qübbə” müdafiə layihəsində yaxından əməkdaşlıq etdiyini bildirib

Tramp ABŞ və Kanadanın “Qızıl Qübbə” müdafiə layihəsində yaxından əməkdaşlıq etdiyini bildirib


Dünən, 22:00. Yazar: sevinc1
Tramp ABŞ və Kanadanın “Qızıl Qübbə” müdafiə layihəsində yaxından əməkdaşlıq etdiyini bildirib

ABŞ prezidenti Donald Tramp ABŞ və Kanadanın "Qızıl Qübbə" müdafiə layihəsi üzərində sıx əməkdaşlıq etdiyini açıqlayıb.
ABŞ Prezidenti Tramp Ağ Evdə Kanadanın Baş naziri Mark Karnini qəbul edərkən, ikisi də Oval Ofisdə baş verənlərlə bağlı mətbuatın suallarını cavablandırıb.

Tramp ABŞ və Kanadanın "Qızıl Qübbə" müdafiə layihəsi üzərində birlikdə çalışdığını qeyd edərək, "Qızıl Qübbə çox yaxından əməkdaşlıq etdiyimiz bir şeydir. Bu, bir qoruma mexanizmidir. Onun necə işlədiyini görürsünüz. İnanılmazdır" dedi.


ABŞ prezidenti Kanada ilə bir çox ortaq sahədə birlikdə çalışdıqlarını qeyd edərək, "Hər iki ölkə üçün Qızıl Qübbə üzərində birlikdə çalışacağıq və bu layihənin çox əhəmiyyətli olacağını düşündüyüm bir şeydir. Biz bu mühafizəyə sahib olmaq istəyirik. Bu, həqiqətən inanılmaz texnologiyadır" dedi.

May ayında ictimaiyyətə açıqladığı layihə ilə bağlı Tramp, sistemin üç il ərzində, səlahiyyət müddəti bitməmişdən əvvəl tətbiq ediləcəyini və ümumi tikinti dəyərinin təxminən 175 milyard dollar olacağını bildirmişdi.

Tramp həmçinin, "Kanada bizə zəng edib və bunun bir parçası olmaq istəyir, ona görə də onlarla danışacağıq. Onlar da müdafiə olunmaq istəyirlər" deyib.

aia.az
Tərcümə şöbəsi
Geri dön