Ana Sayfa > İdman > "Qarabağ" azarkeşlərə müraciət etdi

"Qarabağ" azarkeşlərə müraciət etdi


Bu gün, 13:03. Yazar: sevinc1
"Qarabağ" azarkeşlərə müraciət etdi

"Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda, İspaniyada "Atletik"ə qarşı keçirəcəkləri oyundan əvvəl azarkeşlərə müraciət edib.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisi məlumat yayıb.

Bildirilib ki, komandanı İspaniyada dəstəkləmək istəyən azarkeşlər səfər oyunu üçün vauçerlər oktyabrın 15-dən əldə edə biləcəklər

Vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı əlavə məlumat daha sonra klubun sosial media hesablarında açıqlanacaq.

Qeyd edək ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də keçiriləcək.

aia.az
Geri dön