Ana Sayfa > Ölkə > Şəmkirdə qadın qətlə yetirilib -
Şəmkirdə qadın qətlə yetirilib -Bu gün, 11:39. Yazar: sevinc1 |
![]() Şəmkirdə qətl hadisəsi zamanı ailənin övladı bıçaq xəsarəti alıb. aia.az xəbər verir ki, xəsarət alan şəxs 2009-cu il təvəllüdlü A.H. xəstəxanaya yerləşdirilib. TƏBİB-dən bildirilib ki, oktyabrın 6-da saat 17:30 radələrində xəsarət alması səbəbilə 2009-cu il təvəllüdlü (kişi) şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. Ona sağ əlin 4-cü barmağının və budun arxa səthinin kəsilmiş yarası, sol əlin 4-cü və 5-ci barmağının proksinol nahiyəsinin didilmiş-cırılmış yarası diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü (qadın) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb. *** 10:09 Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub. Şəmkir rayon prokurorluğundan aia.az-a verilən məlumata görə, oktyabrın 6-da saat 18 radələrində Şəmkir rayonu Şiştəpə kəndi ərazisində 1984-cü il təvəllüdlü Röyalə Hacıyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1971-ci il təvəllüdlü Arif Hacıyevin bıçaqla xəsarətlər yetirməklə Röyalə Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Arif Hacıyev rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir. aia.az Geri dön |