Ana Sayfa > Manşet / Siyasət > Ərdoğan Azərbaycana gəldi

Ərdoğan Azərbaycana gəldi


Bu gün, 12:39. Yazar: sevinc1
Ərdoğan Azərbaycana gəldi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 7-də Azərbaycana səfərə gəlib.

aia.az xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb.

aia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə lideri Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə ölkəmizə səfərə gəlir.

aia.az
Geri dön