Ana Sayfa > Siyasət > Azərbaycan İtaliya əlaqələrində yeni səhifə
Azərbaycan İtaliya əlaqələrində yeni səhifəBu gün, 10:40. Yazar: azer |
![]() Azərbaycanın xarici siyasət xətti ölkənin iqtisadi gücünü artırmaq, yeni bazarlara çıxış imkanlarını genişləndirmək və beynəlxalq əlaqələri möhkəmləndirmək üzərində qurulub. Bu istiqamətdə Avropanın əsas dövlətləri ilə qurulan tərəfdaşlıq münasibətləri xüsusi əhəmiyyət daşıyır.İtaliya bu baxımdan Azərbaycan üçün önəmli tərəfdaşlardan biridir. Eyni zamanda, ölkəmiz də İtaliya üçün etibarlı və strateji əməkdaş kimi çıxış edir. Azərbaycanın zəngin enerji ehtiyatları və Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol iki ölkə arasında qarşılıqlı maraqlara əsaslanan sıx əlaqələrin formalaşmasına gətirib çıxarıb. Bu gün Bakı və Roma arasında siyasi dialoq intensiv xarakter daşıyır və əlaqələr hər zamankindən daha yüksək səviyyədədir.İtaliya həm Avropada, həm də beynəlxalq arenada nüfuzlu dövlətlərdən biridir. Onun iqtisadi və siyasi gücü Azərbaycan üçün əməkdaşlığın strateji əhəmiyyətini artırır. Azərbaycan isə İtaliya üçün regionda enerji təhlükəsizliyinin təminatçısı və mühüm iqtisadi tərəfdaş kimi tanınır. Son illər bu münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət başçıları arasında keçirilən görüşlər, qarşılıqlı səfərlər və imzalanan sənədlər əməkdaşlığın sabit inkişafını təmin edib. Xüsusilə Prezident İlham Əliyevin ötən il Romaya səfəri zamanı səsləndirdiyi dəvət nəticəsində İtaliya Prezidenti Sercio Mattarella 30 sentyabr tarixində Azərbaycana rəsmi səfər etdi.Bu səfər iki ölkə arasında mövcud tərəfdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə mühüm töhfə verdi. Bakıda keçirilən təkbətək və geniş tərkibli danışıqlar zamanı dövlət başçıları siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi apardılar.Cənab Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda vurğuladı ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və iqtisadi əlaqələrin həcmi ildən-ilə artır. O, qeyd etdi ki, “ölkələrimiz arasında 2015-ci ildə imzalanan sənəd və beş il öncə qəbul edilən Hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsi bu münasibətlərin möhkəm hüquqi bazasını formalaşdırıb. Bu dövr ərzində əlaqələr çoxşaxəli istiqamətlərdə sürətlə inkişaf edib, siyasi münasibətlər isə ən yüksək səviyyəyə çatıb.”Enerji əməkdaşlığı isə Azərbaycan–İtaliya münasibətlərinin əsas dayaqlarından biridir. Azərbaycan neft və qaz ixracı ilə İtaliyanın enerji təminatında mühüm yer tutur. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Azərbaycan nefti İtaliyanın enerji balansında birinci, qazı isə ikinci sıradadır. Uzun illər ərzində biz etibarlı tərəfdaş olmuşuq və bu inam sayəsində irimiqyaslı layihələri uğurla reallaşdıra bilmişik.”Hazırda Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 dövlətə qaz ixrac edir. Boru kəmərləri şəbəkəsinin genişliyi baxımından ölkəmiz dünyada lider mövqeyə malikdir. Bu isə Azərbaycanın enerji siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirilir.İtaliya Prezidentinin səfəri çərçivəsində oktyabrın 1-də İtaliya–Azərbaycan Universitetinin rəsmi açılış mərasimi keçirildi. Bu layihə iki dövlət arasında humanitar və təhsil əlaqələrinin inkişafına yeni nəfəs gətirdi. Universitetdə təhsil alan tələbələr gələcəkdə hər iki ölkənin mədəni və elmi əməkdaşlığını təmsil edəcək. Beləliklə, enerji və sənaye tərəfdaşlığı humanitar sferada da öz davamını tapmış oldu.ercio Mattarellanın səfəri bir daha sübut etdi ki, Azərbaycan–İtaliya münasibətləri qarşılıqlı etimad və ortaq maraqlar üzərində qurulub. Bu əməkdaşlıq təkcə enerji və iqtisadiyyatda deyil, həm də elm, təhsil və mədəniyyət sahələrində strateji dərinliyə malikdir. Zaur Mehdiyev, YAP Gədəbəy rayon təşkilatının sədr müavini. Geri dön |