Ana Sayfa > İdman > Azərbaycanla oyundan əvvəl Fransa yığmasının heyətində dəyişiklik

Azərbaycanla oyundan əvvəl Fransa yığmasının heyətində dəyişiklik


Bu gün, 09:47. Yazar: sevinc1
Azərbaycanla oyundan əvvəl Fransa yığmasının heyətində dəyişiklik

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə üz-üzə gələcək Fransa yığmasının heyətində dəyişiklik edilib.

aia.az xəbər verir ki, bu barədə yerli federasiya məlumat yayıb.

Fransanın PSJ klubundan heyətə cəlb edilən Bredli Barkola zədəli olduğu üçün komandadan kənarda qalıb. Onu "Lill"də çıxış edən Florian Toven əvəzləyib.

Qeyd edək ki, Fransa millisi oktyabrın 10-da Parisdə Azərbaycan, 13-də isə Reykyavikdə İslandiya ilə üz-üzə gələcək.

aia.az
Geri dön