Ana Sayfa > Özəl > Cinayət təşkilatının lideri Necati Coşkun Arabacı saxlanılıb

Cinayət təşkilatının lideri Necati Coşkun Arabacı saxlanılıb


7-10-2025, 08:19. Yazar: sevinc1
Cinayət təşkilatının lideri Necati Coşkun Arabacı saxlanılıb

“Köln atası” və ya “Cəhənnəm Necati” kimi tanınan cinayət təşkilatının liderlərindən biri Necati Coşkun Arabacı (53) İzmirin Adnan Menderes hava limanında saxlanılıb.“
İnterpol tərəfindən də cinayət təşkilatı sayılan “Hells Angels” üzvlərinin çirkli pulların yuyulması, hədə-qorxu ilə tələb etmə, narkotik və silah alveri kimi çoxsaylı qeyri-qanuni fəaliyyətlərdə iştirak etdikləri aşkarlanıb. “Köln Atası” və ya “Cəhənnəm Necati” kimi tanınan Necati Coşkun Arabacının İzmir İl Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinə aparıldığı bildirilir.

Arabacının prosesdən sonra ədliyyəyə sövq ediləcəyi bildirilib.

aia.az
Tərcümə şöbəsi
Geri dön