Ana Sayfa > Siyasət > Cəbrayıl əməliyyatının əhəmiyyəti və mürəkkəbliyi
Cəbrayıl əməliyyatının əhəmiyyəti və mürəkkəbliyiBu gün, 16:15. Yazar: azer |
![]() 2020-ci ilin Vətən müharibəsində Cəbrayıl əməliyyatı Azərbaycan Ordusunun hərbi sənətkarlığının, strateji düşüncəsinin və xalq-ordu birliyinin parlaq nümunəsi kimi tarixə yazıldı. Bu əməliyyat yalnız bir rayonun azad olunması deyildi o, həm də illərlə davam edən işğalın sonunun başlanğıcı, ordumuzun qətiyyətinin və dövlətimizin siyasi iradəsinin təntənəsi idi. Cəbrayılın azad edilməsi əməliyyatı mürəkkəb relyef şəraitində, düşmənin möhkəmləndirilmiş müdafiə xətləri boyunca aparıldı. Hər bir təpə, hər bir kənd ağır döyüşlər nəticəsində, şəhidlərimizin qanı bahasına geri alındı. Bu uğurlu əməliyyat nəticəsində Azərbaycan Ordusu strateji yüksəkliklərə nəzarəti ələ keçirdi, Zəngilan və Qubadlının, daha sonra isə Şuşanın azad edilməsi üçün yol açıldı. Cəbrayıl əməliyyatı Azərbaycanın hərbi tarixində dönüş nöqtəsi oldu – bu əməliyyatla xalqımızın 30 illik həsrəti gerçəkliyə çevrildi, torpaq sevgisi və azadlıq iradəsi bütün dünyaya nümayiş etdirildi. Bu gün Cəbrayılın azadlığı təkcə hərbi qələbə deyil, həm də milli qürurumuzun, birliyimizin və qəhrəmanlıq dastanımızın rəmzidir. Rəhman Ağabalayev , YAP Qusar rayon təşkilatının fəal üzvü Geri dön |