Ana Sayfa > Siyasət > Cəbrayıl Şəhər Günü – Qürur və Zəfər Günü
Cəbrayıl Şəhər Günü – Qürur və Zəfər GünüBu gün, 14:31. Yazar: azer |
![]() Bu gün — Cəbrayıl Şəhər Günü — xalqımız üçün qürur və iftixar dolu bir tarixdir. Bu gün, Vətən müharibəsi zamanı qəhrəman Azərbaycan Ordusunun şanlı zəfərləri nəticəsində doğma Cəbrayıl torpaqlarının işğaldan azad olunduğu gündür. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Cəbrayıl rayonu uzun illər həsrət və nisgil içində qaldı. Lakin 2020-ci il 4 oktyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Cəbrayılı işğaldan azad edərək tariximizə qızıl hərflərlə yazılan bir səhifə açdı. Bu qələbə təkcə bir rayonun azadlığı deyil, həm də Azərbaycan xalqının birliyinin, iradəsinin və milli ruhunun təntənəsi idi. Cəbrayılın azadlığı ilə torpaqlarımızın bütövlüyü yolunda başlanmış Zəfər yürüşü Şuşada tamamlandı və ölkəmiz 44 günlük müharibədə böyük qələbə qazandı. Bu gün Cəbrayıl şəhəri yenidən dirçəlir. Azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yeni yollar, məktəblər, xəstəxanalar, yaşayış binaları inşa olunur. Cəbrayıl sakinləri illər sonra doğma yurdlarına qayıdır, torpaqlarına həyat, işıq və sevinc dolu günlər geri dönür. Cəbrayıl Şəhər Günü — bu torpaqlar uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsinin əziz tutulduğu, qəhrəmanlarımızın qəhrəmanlığının xatırlandığı gündür. Bu münasibətlə bütün Cəbrayıl sakinlərini və Azərbaycan xalqını ürəkdən təbrik edir, doğma diyarımıza sülh, inkişaf və əbədi firavanlıq arzulayırıq. Cəbrayıl – Qələbə və Qürur simvolu! Hüseyn Sadıqov YAP Cəbrayıl şəhər ƏPT-nin sədr müavini Geri dön |