Ana Sayfa > Gündəm / Karusel > Bakıda satılan 469 manatlıq ətir saxta çıxdı - İDDİA
Bakıda satılan 469 manatlıq ətir saxta çıxdı - İDDİA20-02-2017, 13:04. Yazar: admin |
"İdeal" adı kimi ideal olmayan ətirlər satır. AİA.Az xəbər verir ki, bunu qafqazinfo-ya müraciətində Kəmalə Salayeva adlı müştəri yazıb. O müraciətində iddia edib ki, "İdeal" Parfümeriya və Kosmetika Mağazaları Şəbəkəsinin satdığı ətirlər orijinal deyil. Xanım müştəri "İdeal"dan aldığı 469 manat dəyərində ətrin iyinin qalıcı olmadığını söyləyib: "Fevralın 13-də "İdeal"ın "Gənclik Mall"dakı filialından 10 faiz endirimlə 469 manata "Roja" parfümü aldım. Evdə açıb vuranda ətrin iyinin qalıcı olmadığını hiss etdim. Elə bil su vurdum. Bu ətirdən mütəmadi istifadə etdiyimçün budəfəkinin orijinal olmadığını düşündüm. Onu mağazaya aparıb başqa ətir ilə dəyişdirilməsini və ya pulumu geri qaytarmalarını xahiş etdim. Mənə heç nə edə bilməyəcəklərini dedilər. Ətri mağazada qoydum və onlardan cavab gözləyəcəyimi bildirdim. Dəfələrlə mağaza ilə, menecer ilə əlaqə saxlasam da nəticə olmadı. Hər dəfə müxtəlif bəhanələr gətirirlər, incidirlər". Məsələ ilə bağlı "İdeal" Parfümeriya və Kosmetika Mağazaları Şəbəkəsindən qafqazinfo-ya bildirilib ki, qeyd edilən şikayət araşdırılıb: "Məhsul istifadə edilib, qalıcılığı ilə problem yoxdur. Məhsulun orijinallığı barədə ofis və ya mağazamıza yaxınlaşıb, sertifikatlarla tanış ola bilərsiniz. İstifadə edilmiş məhsullar geri qaytarılmır və əvəzlənmir". AİA.az Geri dön |