Ana Sayfa > Siyasət > Lələtəpə yüksəkliyi – Strateji üstünlüyün açarı

Lələtəpə yüksəkliyi – Strateji üstünlüyün açarı


Bu gün, 10:29. Yazar: azer
Lələtəpə yüksəkliyi – Strateji üstünlüyün açarı

Lələtəpə yüksəkliyi Cəbrayıl rayonu ərazisində yerləşən, mühüm strateji mövqeyə malik bir yüksəklikdir. Uzun illər Ermənistan silahlı qüvvələrinin nəzarətində olan bu mövqe, Azərbaycanın cənub istiqamətində hərbi və siyasi üstünlük əldə etməsinə maneə yaradırdı. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Lələtəpə yüksəkliyi düşməndən azad edildi. Bu qələbə yalnız hərbi baxımdan deyil, həm də mənəvi baxımdan xalqımız üçün çox önəmli idi. Lələtəpənin azad olunması ilə cəbhə xəttində balans Azərbaycanın xeyrinə dəyişdi və geniş əraziləri müşahidə etmək imkanı yarandı. Bu yüksəklikdən nəzarət edilən ərazilərin azadlığı Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də təmin etdi. Lələtəpə uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında əbədi qalacaq. Bu yüksəkliyin azad olunması 2020-ci ildə baş verəcək Vətən müharibəsinin ilk uğurlu addımı kimi tarixə düşdü.

Samirə Həsənova
YAP Laçın rayon təşkilatının 39 saylı ƏPT-nin sədri
Geri dön