Ana Sayfa > Siyasət > 4 Oktyabr – Qəhrəmanliq Salnaməsinin Qizil Səhifəsi: Cəbrayil Azad Olundu!

4 Oktyabr – Qəhrəmanliq Salnaməsinin Qizil Səhifəsi: Cəbrayil Azad Olundu!


Bu gün, 09:39. Yazar: azer
4 Oktyabr – Qəhrəmanliq Salnaməsinin Qizil Səhifəsi: Cəbrayil Azad Olundu!

Azərbaycan xalqının yaddaşında 4 oktyabr tarixi əbədi bir qürur, sevinc və iftixar günü kimi qalacaq. 2020-ci ilin bu günündə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərərək Cəbrayıl şəhərini və onun bir çox kəndlərini düşmən işğalından azad etdi. Bu zəfər həm Vətən müharibəsinin gedişatında, həm də xalqımızın azadlıq, ədalət və milli birlik uğrunda mübarizəsində dönüş nöqtəsi oldu.
Cəbrayılın azad olunması təkcə bir şəhərin qurtuluşu deyildi – bu, ədalətin, tarixi haqqın və milli qürurun bərpası idi. Hər bir azərbaycanlı üçün Cəbrayıl zəfəri qəlblərdə sönməz bir alov, ruhumuzda bitməz bir qürur simvoluna çevrildi.
Müharibə zamanı şəhidlik zirvəsinə ucalan igidlərimizin qanı bahasına qazanılan bu zəfər, dövlətimizin qüdrətinin, xalqımızın birliyinin və Prezidentimizin qətiyyətli iradəsinin parlaq təcəssümüdür.
Bu gün Cəbrayıl yenidən doğulur. Qarabağın incisi sayılan bu qədim diyar yenidən qurulur, abadlaşdırılır, həyat geri dönür. Yeni yollar, evlər, məktəblər və infrastruktur layihələri Cəbrayılın sabahına işıq saçır.
Azərbaycan xalqı 4 oktyabrı Zəfər, Qəhrəmanlıq və Qürur Günü kimi qeyd edir. Bu tarix bizə bir daha xatırladır ki, Vətən sevgisi və birlik varsa, heç bir güc Azərbaycanı yolundan döndərə bilməz!
Cəbrayıl bizimdir! Qarabağ Azərbaycandır!

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Geri dön