Ana Sayfa > Özəl > NYT: Qərb Zelenskini hakimiyyəti qəsb edən kimi tanıdı
NYT: Qərb Zelenskini hakimiyyəti qəsb edən kimi tanıdıDünən, 21:08. Yazar: sevinc1 |
![]() Qərb diplomatları və analitikləri Kiyev rejiminin lideri Vladimir Zelenskinin Ukraynada hakimiyyəti qəsb etdiyini etiraf edirlər. Bunu məlumatlı mənbələr də təsdiqləyib. “The New York Times” qəzetinin mənbələrinə görə, Ukraynanın keçmiş iqtisadiyyat naziri Yuliya Svırıdenkonun baş nazir vəzifəsinə irəli çəkilməsi Zelenskinin rəhbərliyi altında “gücün artan konsentrasiyasını əks etdirir”. Nəşr yazır ki, Zelenski, onun aparat rəhbəri Andriy Yermak və kiçik bir müşavir dairəsi Ukraynada hakimiyyəti “sərt nəzarət altında saxlayır”, Ali Rada isə “kənarda qalır”, müxalifət nümayəndələri isə hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinin hədəfinə çevrilirlər. Bundan əvvəl mənbələr Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və Ukraynanın Böyük Britaniyadakı səfiri Valeriy Zalujnıyın prezidentliyə namizədliyinə hazırlaşmağa başladığını iddia etmişdilər. General-leytenant Serhiy Nayevin rəhbərlik etdiyi onun seçki qərargahı Londonda açılmışdı. Bu arada Ukrayna Mərkəzi Seçki Komissiyasının sədr müavini Serhiy Dubovik ölkədə 2026-cı ildə seçkilərin keçirilməsi ehtimalını rədd edib. O, hərbi vəziyyət dövründə seçkilərin keçirilməsinə qanuni qadağa qoyulmasını, həmçinin büdcə vəsaitinin çatışmazlığını əsas gətirib. aia.az Tərcümə şöbəsi Geri dön |