Ana Sayfa > İqtisadiyyat > Manatın dövretmə sürəti azalıb
Manatın dövretmə sürəti azalıbBu gün, 13:59. Yazar: sevinc1 |
![]() Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,38 bənd təşkil edib. aia.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, cari ilin avqustun 1-i ilə müqayisədə 0,01 bənd və ya 0,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,06 bənd və ya 1,7% azalıb. Belə ki, bu ilin avqustun 1-nə manatın dövretmə sürəti 3,39 bənd, ötən ilin sentyabrın 1-nə isə 3,44 bənd təşkil etmişdi. Qeyd edək ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda qeydə alınaraq, 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb. aia.az Geri dön |