Ana Sayfa > Karusel / Parlament > Milli Məclisin deputatı Çad Respublikasına səfər edəcək

Milli Məclisin deputatı Çad Respublikasına səfər edəcək


Bu gün, 12:16. Yazar: azer
Milli Məclisin deputatı Çad Respublikasına səfər edəcək

Milli Məclisin deputatı Könül Nurullayeva oktyabrın 5-də Çad Respublikasının Ncamena şəhərinə səfər edəcək.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Millət vəkili səfər çərçivəsində həmin şəhərdə keçiriləcək Qlobal Tolerantlıq və Sülh Şurasının Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlamentinin 13-cü plenar sessiyasında iştirak edəcək.

Deputatımızın plenar iclasda çıxışı nəzərdə tutulub.
Səfər oktyabrın 7-də başa çatacaq.
Geri dön