Ana Sayfa > Ölkə > Bakıda şadlıq sarayının pilləkənlərindən yıxılan şəxs öldü
Bakıda şadlıq sarayının pilləkənlərindən yıxılan şəxs öldüBu gün, 10:43. Yazar: sevinc1 |
![]() Bakıda kişi şadlıq sarayının pilləkənlərindən yıxılıb. aia.az xəbər verir ki, hadisə paytaxtın B.Çobanzadə küçəsində yerləşən "Şərq" şadlıq sarayında baş verib. Məlumata görə, sentyabrın 23-də Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Orxan Qarayev şadlıq sarayının pilləkənindən yıxılıb. Xəsarət alaraq xəstəxanaya yerlədirilən şəxs ötən gün orada ölüb. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |