Ana Sayfa > İdman / Manşet > Bu il `Formula-1`də əcnəbi ulduz səfir olmayacaq

Bu il `Formula-1`də əcnəbi ulduz səfir olmayacaq


20-02-2017, 12:17. Yazar: admin
Bu il `Formula-1`də əcnəbi ulduz səfir olmayacaq


"Formula 1" Azərbaycan Qran-Prisi üçün satılan biletlərin 60 faizi Rusiyadan alınıb.

AzVision.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.

Arpadarinin sözlərinə görə, ötən illə müqayisədə bu il bilet satışı daha sürətlə gedir: "Bilet satışı üzrə onluğa daxil olan ölkələr siyahısında Rusiya, Böyük Britaniya, Ukrayna, Gürcüstan, Azərbaycan, Ərəb ölkələri liderdir. Artıq biletlər 40-dan çox ölkədə satılıb. Hədəf Ərəb ölkələrinin, Böyük Britaniya və Rusiya fanatlarının daha çox bilet almasıdır. Bildiniz kimi Böyük Britaniyada Formulu 1 fanat kütləsi çoxdur. Çox sevindirici haldır ki, bu ilki Qran Priyə Azərbaycan vətəndaşları daha çox maraq göstərir. Onlar satış nöqtələri ilə yanaşı onlayn qaydada bilet əldə edirlər. Biz azərbaycanlı azarkeşlər üçün yeni kampaniya elan etmişik". O, Filarmoniya və Abşeron tribunalarına biletlərin daha çox satıldığını qeyd edib.

Nigar Arpadarai əlavə edib ki, Bakı şəhəri adi şəhərdən Formula 1 trekinə çevriləcək: "Tribuna və təhlükəsizlik baryerləri may ayında qurulmağa başlayacaq. Hazırda işlərimiz tam sürətlə davam edir. Biz keçən il 2 kilometrlik əyləncə zonası ayırmışdıq. İnsanların daha çox canlı əyləncələrə meyl etdiyinin şahidi olduq. Məsələn, uçan turbin adlı maraqlı əyləncə nəzərdə tutmuşduq ki, buraya maraq yox idi. Bu il həmin attraksion olmayacaq".

O, bu il əcnəbi ulduz səfirin olmayacağını da əlavə edib: “Ötən il pilot Fernando Alonso ulduz səfir idi, onun Azərbaycanın ev sahibliyi etdiyi Formula 1 yarışının təbliğində çox köməyi dəydi. Bu il isə əcnəbi ulduz səfir olmayacaq, bir neçə tanınmış şəxslə müqavilə əsasında təbliğatımızı quracağıq".

AİA.az
Geri dön