Ana Sayfa > Gündəm > Ukraynanın Baş prokuroru Ramiz Rzayevlə görüşüb
Ukraynanın Baş prokuroru Ramiz Rzayevlə görüşüb20-02-2017, 12:15. Yazar: admin |
Azərbaycanda səfərdə olan Ukraynanın Baş prokuroru Yuri Lutsenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb. Ali Məhkəmədən bildiriblər ki, görüşdə R.Rzayev Azərbaycanın məhkəmə-hüquq sistemi barədə nümayəndə heyətinə məlumat verib. Həyata keçirilən məhkəmə islahatlarının səmərəliliyinin Ali Məhkəmənin strukturunda və fəaliyyətində öz əksini tapması diqqətə çatdırılıb. Bildirilib ki, Ali Məhkəmədə beynəlxalq hüquqi aktlar, xüsusən də İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ tətbiq olunur. Hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılıb. Eyni zamanda, Azərbaycan və Ukrayna prokurorluq orqanları arasında çox işgüzar əlaqələr yaranıb. Bu əlaqələr ölkələrimiz arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir. Ukraynanın Baş prokuroru Yuri Lutsenko ölkəmizin müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərib, Azərbaycanla Ukrayna arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirib. O, əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini əminliklə vurğulayıb. Qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılan görüşdə Azərbaycanın Baş prokuroru Zakir Qaralov iştirak edib. Sonda qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə tarixi muzeyinə baxıblar. AİA.az Geri dön |