Ana Sayfa > Özəl > Fransa hökumətin qənaət siyasətinə qarşı tətil etdi
Fransa hökumətin qənaət siyasətinə qarşı tətil etdiBu gün, 12:19. Yazar: sevinc1 |
![]() Fransada nəqliyyatdan tutmuş təhsilə qədər müxtəlif sektorlarda çalışan minlərlə işçi hökumətin qənaət və büdcə siyasətinə etiraz olaraq tətilə çıxıb.Milli mətbuatın məlumatına görə, ölkənin ən böyük təşkilatlarından biri olan Ümumi Əmək İttifaqı (CGT) daxil olmaqla, çoxsaylı həmkarlar ittifaqı hökumətin büdcə və qənaət siyasətinə qarşı tətilə çağırıb. Minlərlə nəqliyyat və ictimai sektor işçisi həmkarlar ittifaqlarının çağırışı ilə tətil etmək qərarına gəldi və CGT gün ərzində ölkə daxilində təxminən 240 yerdə etiraz aksiyaları və yürüşlər keçirmək planlarını açıqladı.Fransada yüz minlərlə insan sentyabrın 10-da hökumətin büdcə siyasətinə qarşı keçirilən “Hər şeyi dayandıraq” etirazlarına qatılıb, sentyabrın 18-də isə nəqliyyat, səhiyyə və təhsil sektorlarında çalışan işçilər həmkarlar ittifaqlarının çağırışı ilə yenidən qənaət siyasətlərinə qarşı tətilə çıxıblar. Dövlət borcuna görə mübarizə aparan bir ölkədə 2026-cı il büdcəsi ilə bağlı danışıqlar Fransua Bayrou hökuməti ilə müxalifət arasında fikir ayrılığına səbəb oldu. Bayrou hökuməti sentyabrın 8-də etimadsızlıq səsverməsi ilə devrildi. Borc böhranını müşayiət edən siyasi böhran dərinləşdikcə, büdcə siyasətlərinə və Fransa prezidenti Emmanuel Makrona reaksiya verən fransızlar etirazlarını artırıb. aia.az Tərcümə şöbəsi Geri dön |