Ana Sayfa > İdman > UEFA reytinqi:
UEFA reytinqi:Bu gün, 09:41. Yazar: sevinc1 |
![]() "Qarabağ" komandası UEFA reytinqində Azərbaycanın əmsalını artırıb. aia.az xəbər verir ki, bu, "köhlən atlar"ın Çempionlar Liqasının əsas mərhələsinin II turunda evdə Danimarkanın "Kopenhagen" klubunu məğlub etməsi (2:0) ilə mümkün olub. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv qələbə sayəsində ölkənin hesabına daha 0.500 əmsal yazdırıb. Azərbaycan hazırda 22.000 əmsalla 25-ci pillədə qərarlaşıb. 24-cü yerdə Serbiya (22.375), 26-cı sırada Slovakiyadır (21.375). Qeyd edək ki, İngiltərə (97.116) UEFA reytinqində birincidir. aia.az Geri dön |