Ana Sayfa > Özəl > İsrailin Qəzzaya hücumları nəticəsində ölən jurnalistlərin sayı 254-ə yüksəlib

İsrailin Qəzzaya hücumları nəticəsində ölən jurnalistlərin sayı 254-ə yüksəlib


Dünən, 21:20. Yazar: sevinc1
İsrailin Qəzzaya hücumları nəticəsində ölən jurnalistlərin sayı 254-ə yüksəlib

İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri hücumlarını davam etdirdiyi Qəzza zolağında öldürülən jurnalistlərin sayının 254-ə yüksəldiyi bildirilir.
Hökumətin Qəzzadakı Media Ofisi İsrailin Qəzzaya hücumları nəticəsində həlak olan jurnalistlərlə bağlı son məlumatları açıqlayıb.

Bəyanatda son günlər jurnalistlər Yəhya Bərzəq və Sami Davudun öldüyünə diqqət çəkilərək, İsrailin 2023-cü il oktyabrın 7-də Qəzza zolağında müharibəyə başlamasından bu yana öldürülən jurnalistlərin sayının 254-ə çatdığı bildirilib.

Açıqlamada Sami Davudun Qəzzada “Rəvafid” televiziya kanalında çalışdığı, Yəhya Bərzaqın isə bir neçə media orqanında çalışarkən həyatını itirdiyi də qeyd edilib.

Bəyanatda İsrail ordusunun Qəzza zolağında jurnalistləri sistemli şəkildə hədəfə alması pislənilib və ərəb və beynəlxalq jurnalist birliklərindən İsrailin jurnalistlərə qarşı sistematik cinayətlərini pisləməyə çağırılıb.

Bəyanatda həmçinin beynəlxalq ictimaiyyətdən Qəzzada atəşkəsin təmin edilməsi, mülki vətəndaşların və jurnalistlərin müdafiəsi tələb olunur.

Qəzza hökuməti: İsrail ordusu Əl-Əqsa Şəhidləri Xəstəxanasına hücumu zamanı 70-dən çox jurnalistin həyatını təhlükəyə atıb
Qəzza hökuməti İsrail ordusunun Qəzza zolağının mərkəzində yerləşən Əl-Əqsa Şəhidləri Xəstəxanasını atəşə tutması nəticəsində çoxlu sayda fələstinlinin yaralandığını və hücumun 70-dən çox jurnalistin həyatını təhlükə altına atdığını açıqlayıb.

Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada İsrail ordusunun Əl-Əqsa Şəhidləri Xəstəxanasına artilleriya hücumu təşkil etdiyi bildirilib.

İsrailin 7 oktyabr 2023-cü ildən bəri Əl-Əqsa Şəhidləri Xəstəxanasını 15 dəfə hədəfə aldığı və hücumların Qəzzada səhiyyə sisteminə qarşı "sistematik cinayət" təşkil etdiyi bildirilib.

Xəstəxanaya müraciət edənlərin İsrail ordusunun artilleriya zərbəsi nəticəsində yaralandığı, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Hücumun jurnalistlərin mövqelərinə çox yaxın olduğu və İsrail ordusunun hərbi cinayətlərini dünyaya ifşa etmək üçün xəstəxanada və ətrafda çalışan 70-dən çox mətbuat mənsubunun həyatını təhlükəyə atdığı vurğulanıb.

İsrailin Qəzza zolağına hücumları
Yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-i səhər saatlarında şiddətli hücumlarını bərpa edib.

2023-cü il oktyabrın 7-dən bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ən azı 66 148 fələstinli ölüb, 168 716 nəfər yaralanıb.

Martın 18-də atəşkəs pozulduqdan sonra İsrail Qəzzaya hücumlara başlayıb və nəticədə 13280 nəfər ölüb, 56675 nəfər yaralanıb.

Mayın 27-dən bəri İsrailin rəhbərlik etdiyi Qəzzaya Humanitar Yardım Fondu tərəfindən humanitar yardım adı altında Qəzzada fələstinliləri hədəf alan sistematik hücumlar nəticəsində ölənlərin sayı 2580-ə, yaralıların sayı isə 18930-a çatıb.

İsrail ordusu Qəzza zolağının işğalını genişləndirəcək və daimi edəcək hücum planını həyata keçirməyə başlayıb. Baş nazir Benyamin Netanyahu bütün Qəzza zolağının işğalını elan edib.

aia.az
Tərcümə şöbəsi
Geri dön