Ana Sayfa > Siyasət > Müstəqil Azərbaycanın xilaskarı
Müstəqil Azərbaycanın xilaskarıBu gün, 17:04. Yazar: azer |
![]() Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı kimi tarixə düşüb. O, dövlətçiliyi qorumaqla yanaşı, xalqımıza inkişaf üçün yeni perspektivlər açdı. Müstəqilliyin ilk illərində ölkə dərin böhranla üz-üzə idi: anarxiya hökm sürür, daxili çəkişmələr kulminasiya nöqtəsinə çatırdı. Azərbaycan vətəndaş qarşıdurması və parçalanma təhlükəsi qarşısında qalmışdı. Belə çətin məqamda, 1993-cü ildə xalqın yeganə ümid yeri Ümummilli Lider Heydər Əliyev oldu. Həmin dövrün hakim qüvvələri də ölkəni xilas etməyin yeganə yolu kimi Heydər Əliyevin Bakıya dönüşünü görürdülər.9 iyun 1993-cü ildə Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi ölkə taleyi ilə bağlı narahatlıqlara son qoydu. Onun qayıdışı xalq tərəfindən böyük coşqu ilə qarşılandı. 15 iyunda isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizdə Milli Qurtuluş Günü kimi əbədiləşən bu tarix ölkəmiz üçün yeni siyasi mərhələnin başlanğıcı oldu. Elə həmin gündən etibarən Azərbaycan dağılmaq təhlükəsindən xilas edilərək sabitlik yoluna qədəm qoydu.3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqın əksəriyyətinin etimadını qazanaraq dövlət başçısı seçildi. Bu, xalqın ona olan böyük inamının, onun güclü siyasi iradəsinə, nüfuzuna və idarəçilik bacarığına güvənməsinin bariz nümunəsi idi. Azərbaycan xalqı anlayırdı ki, bu ağır dönəmdə yalnız Heydər Əliyev ölkəni böhrandan çıxara bilər.Xalqın yaddaşında Heydər Əliyevin əvvəlki illərdə – 1969–1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə gördüyü işlər silinməmişdi. Üstəlik, 1990-cı ilin Qanlı Yanvar faciəsindən sonra Moskvadakı daimi nümayəndəlikdə xalqımıza dəstək bəyanatı ilə çıxış etməsi onun liderlik nüfuzunu daha da möhkəmləndirmişdi.Müstəqillik illərində Heydər Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində Azərbaycan beynəlxalq müstəvidə nüfuz qazandı. Onun yorulmaz fəaliyyəti ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, sosial-iqtisadi dirçəliş üçün zəmindən yaratdı. 1994-cü ilin mayında imzalanan atəşkəs ölkədə dövlətçiliyin bərpasına, ordu quruculuğuna və inkişafın təməllərinin atılmasına imkan verdi.Ardınca həyata keçirilən islahatlar ölkədə sabitlik yaratdı, bazar iqtisadiyyatına keçid başladı, genişmiqyaslı özəlləşdirmə aparıldı. 20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” isə Azərbaycanı dünya enerji xəritəsində önəmli mövqeyə çıxardı və ölkəmizin gələcək inkişafı üçün güclü zəmin formalaşdırdı.Heydər Əliyev bütün fəaliyyəti boyu xalqın və dövlətin mənafeyinə xidmət etmiş, müstəqilliyin möhkəmlənməsi və dövlətçiliyin inkişafı uğrunda yorulmadan çalışmışdır. O, yalnız Azərbaycanın deyil, həm də dünya miqyaslı nadir liderlərdən biri kimi tanınır. Onun əziz xatirəsi isə xalqımızın qəlbində daim yaşayacaq.Onun ən böyük xidmətlərindən biri, şübhəsiz, Azərbaycan dövlətçiliyini məhv olmaqdan qurtarmaq və yeni mərhələnin əsasını qoymaqdır. Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyası həm ölkə daxilində yaşayan soydaşlarımızı, həm də dünyadakı azərbaycanlıları birləşdirən ümummilli məfkurəyə çevrildi.Ulu öndərin qoyduğu möhkəm təməllər bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Son 22 ildə həyata keçirilən siyasi kurs nəticəsində Azərbaycan bütün sahələrdə əhəmiyyətli nailiyyətlər qazanıb, iqtisadi inkişaf beynəlxalq miqyasda yüksək qiymətləndirilib.Bununla yanaşı, müstəqil və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın dünyadakı nüfuzunu gücləndirib. Respublikamızın təşəbbüsü ilə mühüm beynəlxalq layihələr icra olunub, enerji və nəqliyyat dəhlizlərinin əsas xəritəsi formalaşdırılıb. Bu gün Azərbaycan həm regionda, həm də qlobal müstəvidə etibarlı tərəfdaş və sabitlik amili kimi qəbul edilir.Bütövlükdə, müasir Azərbaycan güclü iqtisadiyyata, möhkəm sabitliyə və dayanıqlı inkişaf kursuna sahib bir dövlətə çevrilmişdir. Xəyyam Vəliyev, YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi. Geri dön |