Ana Sayfa > Manşet / Siyasət > Eltun Süleymanov: "Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlıqdan xalqların dostluğuna gedən yoldur "

Eltun Süleymanov: "Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlıqdan xalqların dostluğuna gedən yoldur "


Bu gün, 15:45. Yazar: azer
Eltun Süleymanov: "Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlıqdan xalqların dostluğuna gedən yoldur "

Sentyabrın 30-da cənab Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın Bakıda mətbuata bəyanatlarla çıxış etməsi təkcə diplomatik hadisə deyil, iki dövlət arasındakı strateji tərəfdaşlığın yüksək səviyyəsinin təsdiqi oldu. Cənab Prezident İlham Əliyev çıxışında bu münasibətlərin mahiyyətini açaraq dedi:
“Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq.” Bu bəyanat əslində Azərbaycanın xarici siyasət kursunun bir istiqamətini göstərir: etimad üzərində qurulan, uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.


Müsahibimiz onu da deyib ki, ən önəmli istiqamətlərdən biri enerji sahəsidir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan nefti İtaliyanın neft balansında birinci, qazı isə ikinci yerdədir. Bu, təkcə iqtisadi göstərici deyil, həm də etibarlı tərəfdaşlığın simvoludur. Xüsusilə TAP layihəsinin uğuru diqqətəlayiqdir. Dövlət başçımız vurğuladı: “Prezident Mattarellanın səfərdən sonra şəxsən bu məsələyə müdaxilə etməsi imkan verdi ki, TAP layihəsi uğurla icra edildi.” Bu, onu göstərir ki, siyasi iradə və dostluq münasibətləri olmadan belə böyük layihələr həyata keçirilə bilməzdi. Azərbaycan artıq Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı sahəsində də əməkdaşlıq edir. Cənab Prezident İlham Əliyev bəyan etdi: “Beləliklə TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır.” Bu, enerji əməkdaşlığının daha geniş bir geosiyasi məna kəsb etdiyini göstərir. Lakin əməkdaşlıq təkcə enerji ilə məhdudlaşmır. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi münasibətlərə humanitar ölçü qazandırır:
“Burada təhsil alan tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər.” Bu, həm də xalqlar arasında gələcək dostluğun bünövrəsini möhkəmləndirir. Azərbaycanın xarici siyasətində dostluq, etimad və qarşılıqlı faydaya əsaslanan əlaqələr xüsusi yer tutur. Bu baxımdan, İtaliya Prezidentinin Bakıya səfəri ikitərəfli münasibətlərin həm də yeni mərhələsinə açılan bir qapı oldu. Cənab Prezident İlham Əliyevin bu səfər çərçivəsində verdiyi bəyanatlar Azərbaycan–İtaliya münasibətlərinin möhkəm dayaqlar üzərində qurulduğunu bir daha təsdiqlədi. İtaliya Prezidentinin Bakıya səfəri, Azərbaycan və İtaliya arasında dostluğun, etimadın və strateji tərəfdaşlığın gücləndirilməsi baxımından mühüm tarixi hadisə oldu. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və biz birlikdə gələcəyə inamla addımlayırıq.” Bu bəyanat, əslində, iki ölkənin əməkdaşlığının yalnız bu günlə məhdudlaşmadığını, gələcək nəsillərin də rifahına, Avropanın sabitliyinə və inkişafına xidmət etdiyini göstərir. Azərbaycan və İtaliya – bu gün artıq siyasi, iqtisadi və enerji körpüləri ilə birləşən iki dost ölkədir. Və bu körpü gələcəyə aparan yolun başlanğıcıdır. Cənab Prezident İlham Əliyev çıxışının sonunda xüsusi bir məqamı da vurğuladı: “Bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir örnək ola bilər.” Doğrudan da, Azərbaycan–İtaliya münasibətləri bu gün nümunəvi bir modelə çevrilib. Etimada əsaslanan əməkdaşlıq, ortaq maraqlar üzərində qurulan tərəfdaşlıq və xalqlar arasında səmimi dostluq münasibətləri – bunlar hər iki ölkənin milli maraqlarına xidmət edir. Bu gün Bakı ilə Roma arasında ucaldılan dostluq körpüsü əslində Azərbaycan xalqının etimada, səmimiyyətə və tərəfdaşlığa verdiyi dəyərin ifadəsidir. Bu körpü üzərində həm enerji axır, həm də xalqların ürəkdən gələn dostluq sevgisi ötürülür bir-birinə. Heç şübhəsiz Azərbaycan–İtaliya strateji tərəfdaşlığı zamanın sınaqlarına tab gətirəcək əbədi dostluq nümunəsidir-deyə E. Süleymanov fikrini tamamlayıb.

Geri dön