Ana Sayfa > Gündəm > "İqlim həm də imkanları ortaya çıxarır" -

"İqlim həm də imkanları ortaya çıxarır" -


Bu gün, 13:31. Yazar: sevinc1
"İqlim həm də imkanları ortaya çıxarır" -

İqlimlə bağlı tendensiyalar müzakirə ediləndə həmişə təhlükələr önə çıxır. Daha çox “hansı təhlükələrlə üzləşə bilərik?”- bunun müzakirəsini aparırıq. Gəlin, imkanlardan da danışaq. Bir tərəfdən hansısa risk və çətinliklər əmələ gələndə digər tərəfdən də imkanlar ortaya çıxır.

aia.az xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev deyib.

Muxtar Babayevin sözlərinə görə, iqlim təkcə kənd təsərrüfatına istər-istəməz neqativ təsirlər göstərmir, həm də bitkiçilik, heyvandarlıq və digər sahələrdə adaptasiya olunmağa, yeni istehsalatların ortaya çıxmasına imkan yaradır.

COP29 prezidenti vurğulayıb ki, görüşün keçirilməsi nəticəsində bu zəncirin bütün iştirakçıları bu məsələlərdən həm agah və xəbərdar olmalı, həmçinin öz fikir və təkliflərini, problemlərini dilə gətirməlidir.

aia.az
Geri dön