Ana Sayfa > Cəmiyyət / Karusel > "Azadlıq" qəzetinin reket müxbiri həbs olundu

"Azadlıq" qəzetinin reket müxbiri həbs olundu


20-02-2017, 10:29. Yazar: admin
"Azadlıq" qəzetinin reket müxbiri həbs olundu


İsmayıllıda reket jurnalist həbs olunub.

AzVision.az xəbər verir ki, bu barədə tutulan jurnalist Elçin İsmayıllının vəkili İslam İsmayılov məlumat verib.

Məlumata görə, onun haqqında Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq materiallarına görə, jurnalist İsmayıllı rayon Mədəniyyət və turizm şöbəsinin bir əməkdaşı haqqında neqativ məlumat yayacağı ilə bağlı pul tələb etməkdə günahlandırılır.

Qeyd edək ki, Elçin İsmayıllı AXCP-nin İsmayıllı rayon şöbəsinin məclis üzvü, “Azadlıq” qəzetinin bölgə müxbiri işləyib.

AİA.az
Geri dön