Ana Sayfa > Siyasət / Aia TV / Karusel > İlham Əliyev Məkkə qurbanlarına görə başsağlığı verdi
İlham Əliyev Məkkə qurbanlarına görə başsağlığı verdi24-09-2015, 23:25. Yazar: admin |
“Çox sayda zəvvarın həlak olması xəbəri bizi son dərəcə sarsıtdı”. Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda başsağlığı verib. Aia.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir: “Həcc ziyarəti zamanı yaranmış qarışıqlıq nəticəsində çox sayda zəvvarın həlak olması və yaralanması xəbəri bizi son dərəcə sarsıtdı. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!” Geri dön |