Ana Sayfa > Özəl > Tramp:HƏMAS-ın Qəzza planına cavab vermək üçün 3-4 gün vaxtı var
Tramp:HƏMAS-ın Qəzza planına cavab vermək üçün 3-4 gün vaxtı varBu gün, 18:48. Yazar: sevinc1 |
![]() ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəsə nail olmaq üçün HƏMAS-ın təqdim etdiyi sülh planına cavab vermək üçün 3-4 gün müddətinin olduğunu bildirib. Tramp Qəzzada atəşkəsə nail olmaq üçün təqdim etdiyi sülh planı ilə bağlı Ağ Evdən ayrıldıqdan sonra jurnalistlərə açıqlama verib. Qəzza sülh planına HƏMAS-ın cavabını gözlədiklərini ifadə edən Tramp, "3-4 gün ərzində bunun necə olacağını görəcəyik. Həmas bunu ya qəbul edəcək, ya da etməyəcək. Əgər qəbul etməsələr, çox üzücü son olacaq" deyib. Tramp Qəzzadakı məhbusların dərhal azad edilməsini istədiklərini və HƏMAS ilə danışıqlara “çox yer olmadığını” bildirib. Bu arada Tramp bəyan edib ki, Venesuela “çox təhlükəli” vəziyyətə düşüb və ölkə ilə bağlı nə edəcəklərinə qərar verəcəklər. Tramp Venesueladan çıxan və narkotiklərlə dolu gəmiləri vurduqlarını xatırladıb və bundan sonra ABŞ-a “narkotik vasitələrin su yolu ilə girişi” olmadığını bildirib. Ağ Ev prezident Trampın “Qəzza münaqişəsinə son qoyulması üçün hərtərəfli plan” adlı 20 bəndlik təklifini açıqlamışdı. Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında Tramp planın hər iki tərəf tərəfindən qəbul ediləcəyi təqdirdə “müharibə”nin dərhal sona çatacağını, İsrailin Qəzzədən mərhələli şəkildə çəkiləcəyini, Qəzzada HƏMAS-ın rolu olmadan yeni bir dövrün başlayacağını və bütün məhbusların azad ediləcəyini bildirib. Netanyahu da planın “müharibə məqsədlərinə çatdığını” ifadə edərək, dəstəyini ifadə edib. aia.az Tərcümə şöbəsi Geri dön |