Ana Sayfa > Özəl > İsrail son mübadilə razılaşmasına əsasən azad edilmiş ən azı 40 fələstinlini yenidən həbs edib

İsrail son mübadilə razılaşmasına əsasən azad edilmiş ən azı 40 fələstinlini yenidən həbs edib


Bu gün, 18:46. Yazar: sevinc1
İsrail son mübadilə razılaşmasına əsasən azad edilmiş ən azı 40 fələstinlini yenidən həbs edib

Xəbər verilir ki, İsrail HƏMAS ilə əsir mübadiləsi razılaşması çərçivəsində daha əvvəl azad etdiyi ən azı 40 fələstinlini yenidən həbs edib.Fələstin Məhbuslar Dərnəyi HƏMAS ilə son məhbus mübadiləsi razılaşmasına əsasən azad edilən fələstinliləri hədəf alan həbs əməliyyatları ilə bağlı bəyanat yayıb.

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı son 24 saatda 42 nəfər artaraq 66 097 nəfərə çatıb.
Açıqlamada qeyd olunub ki, 2025-ci ilin yanvar və fevral aylarında əldə edilən mübadilə razılaşmaları çərçivəsində azad edilən ən azı 40 fələstinli İsrail tərəfindən yenidən həbs edilib. Onlardan 3-ü qadın olmaqla 16-sı hələ də həbsdədir.


Bəyanatda həbslərin əksəriyyətinin inzibati həbsə çevrildiyi, bəzi fələstinlilərin isə çoxsaylı həbslərə məruz qaldığı qeyd edilib.

Bəyanatda, İsrailin mübadilə razılaşması ilə azad edilən fələstinliləri hədəf almağa davam etdiyi, Təl-Əviv rəhbərliyinin sahə sorğu-sualları və yeni həbslərlə prosesi gücləndirdiyi vurğulanıb.

Dünən İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində biri uşaq olmaqla 44 fələstinlini saxlayıb.

aia.az
Tərcümə şöbəsi
Geri dön