Ana Sayfa > Parlament > Parlamentin payız sessiyasının qanunvericilik işlər planı təsdiqlənib
Parlamentin payız sessiyasının qanunvericilik işlər planı təsdiqlənibBu gün, 12:38. Yazar: sevinc1 |
![]() Milli Məclisin 2025-ci il payız sessiyasının qanunvericilik işlər planı təsdiqlənib. aia.az xəbər verir ki, sənəd parlamentin payız sessiyasının bu gün keçirilən plenar iclasında müzakirə edilib. Qeyd edilib ki, sessiyanın qanunvericilik işləri planına 5 yeni qanun layihəsininin hazırlanması daxil edilib. Həmin sənədlər Dövlət Qulluğu Məcəlləsi, "Dövlət xidmətləri haqqında", "Daxili qoşunlar haqqında", "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" və "Uşaq hüquqları haqqında" qanun layihələridir. İşlər planı səsverməyə qoyularaq qəbul edilib. Geri dön |