Ana Sayfa > Ölkə / Parlament > "Qəbiristanlıqlar bələdiyyələrə verilməlidir" -

"Qəbiristanlıqlar bələdiyyələrə verilməlidir" -


Bu gün, 12:30. Yazar: sevinc1
"Qəbiristanlıqlar bələdiyyələrə verilməlidir" -

"Nazirlər Kabinetinin nümunəvi qəbiristanlıqlarla bağlı qərarı var. O vaxt biz bunu qanun şəklində qəbul etmək istəyirdik. Hesab edirəm ki, bunu qanun şəklinə salmaq lazımdır".

aia.az xəbər verir ki, bunu Milli Məclisin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı parlamentin Regional məsələlər komitəsi sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, yerlərdə nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir: "Çünki aztəminatlı ailələrin hamısı bələdiyyələrə müraciət edir. Bələdiyyələr də bunu həyata keçirməlidir, kimin imkanı yoxdur, ona köməklik etməlidir”.

aia.az
Geri dön