Ana Sayfa > Manşet / Parlament > Prezident ABŞ-dəki çıxışı zamanı vacib məqamlara toxunub -
Prezident ABŞ-dəki çıxışı zamanı vacib məqamlara toxunub -Bu gün, 11:23. Yazar: sevinc1 |
![]() Prezident İlham Əliyev 27 sentyabrda ABŞ-dəki çıxışı zamanı son dərəcə vacib məqamlara toxunub. aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında sədr Sahibə Qafarova deyib S.Qafarovanın sözlərinə görə, Azərbaycan 30 il ərzində hərbi təcavüzə məruz qalmış ölkə statusundan qalib dövlət statusuna yüksəlib: "Prezident çıxışında işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, bərpası, məcburi köçkünlərin öz yurdlarına qaytarılması və infrastrukturun inkişafı məsələlərinə xüsusi diqqət çəkib. Dövlət başçısı, həmçinin, dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməzliyini və ikili standartların aradan qaldırılmasının vacibliyini vurğulayıb. Prezident qeyd edib ki, 10 illərlə təcavüzə məruz qalan ölkə bu gün sülh gündəliyini təşəbbüs edən qalib dövlətə çevrilib. Sülh sazişinin paraflanması və digər razılaşmalar bir daha sübut edir ki, dayanıqlı sülh yalnız beynəlxalq hüquq normaları əsasında mümkündür". Sədr qeyd edib ki, Azərbaycanın döyüş meydanındakı qələbəni inkişaf və sabitlik modelinə çevirməsi nümunə kimi təqdim olunur. "Prezident İlham Əliyev Azərbaycanın rolunun və əhəmiyyətinin təkcə regionla məhdudlaşmadığını, bu təsirin daha geniş coğrafiyanı əhatə etdiyini diqqətə çatdırıb. Dövlət başçısının səsləndirdiyi fikirlər bir çox ölkələr üçün önəmli mesaj xarakteri daşıyır". aia.az Geri dön |