Ana Sayfa > Özəl > Zelenskinin ofisi eyni anda ABŞ ilə dörd sövdələşməyə ümid edir
Zelenskinin ofisi eyni anda ABŞ ilə dörd sövdələşməyə ümid edirDünən, 21:03. Yazar: sevinc1 |
![]() Kiyev Vaşinqtonla silah tədarükü, birgə pilotsuz təyyarələrin istehsalı, azad ticarət və təhlükəsizlik zəmanətləri ilə bağlı dörd əsas sənəd imzalamağı gözləyir. Bunu Ukrayna prezidenti Vladimir Zelenskinin aparatının rəhbəri Andrey Yermak deyib. "Bizim üçün çox mühüm sənədləri razılaşdırmaq və imzalamaq vacibdir. Bunlar, ilk növbədə, Amerika silahlarının tədarükünə dair sənədlər, bizim pilotsuz təyyarələrimizin tədarükü ilə bağlı sənədlərdir və ABŞ-la birgə [dronların] istehsalına dair sənədlərdir. Bu, azad ticarət sazişidir və əlbəttə ki, ən mühüm sənəd təhlükəsizlik zəmanətləridir", - Yermak bildirib. Onun sözlərinə görə, Ukraynanın texniki heyəti bu sazişlərdən ikisi üzrə danışıqlar aparmaq üçün bu həftə ABŞ-a gedəcək. Yermak həmçinin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov ilə birlikdə Vaşinqtona səfərini və oktyabrın ortalarında baş nazir Denis Şmihalın səfərini açıqlayıb. Amerikanın “Politico” nəşri Vladimir Zelenskinin bəyanatlarına istinadən yazıb ki, Ukrayna ABŞ-la irimiqyaslı silah alqı-satqısı müqaviləsi bağlamağa hazırlaşır. Bildirilir ki, Kiyev Tramp administrasiyasına hərbi ehtiyaclarının əhatəli siyahısını təqdim edib, bu siyahıya geniş mənzilli silahlar üçün müraciətlər də daxildir. Dərc edilmiş məlumata görə, siyahıya hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli raketlər və digər yüksək texnologiyalı silahlar daxildir. aia.az Tərcümə şöbəsi Geri dön |