Ana Sayfa > Manşet / Ölkə > 60 qəpik deyib keçməyin, cənablar
60 qəpik deyib keçməyin, cənablarBu gün, 16:40. Yazar: azer |
![]() Nəqliyyatda qiymət artımını müzakirə edərkən, qərarvericilər sanki fərqli bir ölkədə yaşayır. Qərarvericilərin Sürücü maaşları 5000 manat, həyat yoldaşı evdar qadın, uşaqları da təbii ki, özəl məktəblərdə oxuyur. İşə gediş-gəliş isə ya xidməti maşınla, ya da şəxsi son model avtomobillədir. Hətta bəziləri üçün “kart” deyilən bir anlayış artıq folklor elementinə çevrilib, uşaqlıq xatirəsi kimi. Amma bu şəhərdə bir də başqaları var. Hər səhər avtobusda nəfəs ala bilmədən işə gedən, “kartımda qalıq pul yoxdur” deyə sürücü ilə mübahisə etməyə utanıb piyada qalan, uşağının məktəb yol pulunu hesablamaq üçün kalkulyator işlədən insanlar. ![]() Cənablar, əgər 60 qəpiklik dəyişiklik çox deyil, deyə düşünürsünüzsə, bəlkə də siz artıq çox şeyə toxunmursunuz, nə sıxlığa, nə stressə, nə də ümidsizliyə. Amma bəlkə bir gün bir metro stansiyasının önündə dayanıb sadəcə müşahidə edəsiniz, gecə növbəsindən çıxıb evinə çatmaq üçün cibindəki son 1 manatı iki gedişə bölməyə çalışan birini görəsiniz. Ya da, metroda dərsə tələsən tələbənin “kart keçmədi, ay xanım, növbəti dəfə ödəyəcəm”-deyə nəzarətçiyə yalvarmasını eşidərsiniz. Bu ölkədə həyatın qiyməti hər kəs üçün eyni deyil. Biri üçün dəyərsiz qəpiklər, o biri üçün çörək puludur. Və siz cənablar, qərarlar verərkən bu sadə, amma əsaslı həqiqət unudulmamalıdır. Sosial ədalət yalnız statistik rəqəmlərlə ölçülmür. Arzuman Loğmanoğlu Sozcu.info Geri dön |