Ana Sayfa > Özəl > Banqladeşdə nümayiş zamanı qalmaqal....

Banqladeşdə nümayiş zamanı qalmaqal....


Bu gün, 15:53. Yazar: sevinc1
Banqladeşdə  nümayiş zamanı qalmaqal....

Banqladeşin Xaqraçhari rayonunda tələbə qızın cinsi istismarına etiraz olaraq keçirilən nümayiş zamanı qarşıdurma baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, onlarla insan yaralanıb
Dhaka Tribune qəzetinin məlumatına görə, yerli qəbilədən olan bir qız tələbənin cinsi istismara məruz qalması ilə bağlı iddialar ölkədə zorakılığa səbəb olub.

Səlahiyyətlilər hadisəyə etiraz olaraq bölgədə keçirilən nümayiş zamanı yerli qəbilələrlə təhlükəsizlik qüvvələri arasında gərginliyin artdığını bildirib.

Rəsmilər gərginliyin sürətlə toqquşmaya çevrilməsi nəticəsində 3 nəfərin öldüyünü və onlarla insanın yaralandığını qeyd edib. Onlar həmçinin bildiriblər ki, etirazçılar və benqallar da bir-birlərinə hücum ediblər və ərazidəki çoxsaylı ev və mağazalar yandırılıb.

Hadisələrdən sonra ərazidə ciddi təhlükəsizlik tədbirləri həyata keçirilib, toplantı və yürüşlər qadağan edilib. Sentyabrın 23-də Banqladeşin Xaqraçhari bölgəsindən olan səkkizinci sinifdə oxuyan qəbilə qızının fərdi dərslərdən qayıtdıqdan sonra cinsi zorakılığa məruz qaldığı və hadisədə iştirakda şübhəli bilinən benqallının saxlanıldığı bildirilir.

aia.az
Tərcümə şöbəsi
Geri dön