Ana Sayfa > Özəl > Vyetnamda "Bualoi" qasırğası nəticəsində 12 nəfər ölüb
Vyetnamda "Bualoi" qasırğası nəticəsində 12 nəfər ölübBu gün, 12:35. Yazar: sevinc1 |
![]() Vyetnama təsir edən “Bualoi” qasırğasının gətirdiyi güclü yağış və külək səbəbindən 12 nəfər həyatını itirib, 30 minə yaxın insan təxliyə edilib. Filippində çoxlu sayda insanın ölümünə səbəb olan Bualoi qasırğası Vyetnama da təsir edir. Vyetnamda minlərlə insan yaxınlaşan “Bualoi” qasırğası səbəbindən təxliyyə etməyə hazırlaşır. Vyetnam mediasının məlumatına görə, Hue və Thanh Hoa əyalətlərində qasırğanın yaratdığı daşqın və güclü külək nəticəsində 12 nəfər həlak olub. Fövqəladə Halların Qarşısının Alınması və Nəzarət İdarəsi leysan yağışlar səbəbindən 17 balıqçının itkin düşdüyünü bildirib. Açıqlamada, təxminən 30 min insanın təhlükəsiz bölgələrə təxliyə edildiyi və fırtınanın mərkəzi Laosa doğru hərəkət edə biləcəyi əlavə edilib. Dünən Mülki Aviasiya Administrasiyası sahilə yaxın 4 hava limanında uçuşların dayandırıldığını və bir çox reyslərin təxirə salındığını açıqlayıb. Filippində güclü yağış və küləyə səbəb olan Bualoi qasırğası nəticəsində 19 nəfər həyatını itirib. aia.az Tərcümə şöbəsi Geri dön |