Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldıBu gün, 10:19. Yazar: sevinc1 |
![]() Sentyabrın 27-də və 28-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 68, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb. aia.az Geri dön |