Ana Sayfa > Manşet / Ölkə > İsmayıllıda TOYDA dəhşət:
İsmayıllıda TOYDA dəhşət:Bu gün, 09:42. Yazar: sevinc1 |
![]() İsmayıllıda həmkəndlilərini bıçaqlayan şübhəli şəxs saxlanılıb. aia.az xəbər verir ki, sentyabrın 28-də gecə radələrində rayonun Talıstan kəndində şəxsi münasibətlər zəminində insident olub. Hadisə nəticəsində rayon sakinləri – 2005-ci il təvəllüdlü, 2008-ci il təvəllüdlü, 2007-ci il təvəllüdlü və 1976-cı il təvəllüdlü şəxslərə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirilib. Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli, 2002-ci il təvəllüdlü Elşən Babayev müəyyən edilərək tutulub. Faktla bağlı araşdırmalar aparılır. Məlumata görə, hadisə toydan sonra olub və bıçaqlananlardan biri Səid adlı bəydir. aia.az ![]() Geri dön |