Ana Sayfa > Gündəm > 27 Sentyabr – Anım Günündə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
27 Sentyabr – Anım Günündə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilibDünən, 22:19. Yazar: azer |
![]() 27 Sentyabr – Anım Günü, Vətən müharibəsinin başlamasının 5-ci ildönümü ilə əlaqədar “AzerGold” QSC və onun törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış 44 günlük Vətən müharibəsində parlaq qələbənin, xalqımızın göstərdiyi misilsiz qəhrəmanlığının və şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınmış Zəfər Parkını ziyarət ediblər. Kollektiv qəhrəman şəhilərimizin xatirəsini yad edib, həmçinin xatirə daşının önünə gül dəstələri qoyub. Eyni zamanda, “AzerGold” QSC-nin kollektivi Bakı və Gəncə şəhərlərində QSC-nin Vətən müharibəsində şəhid olmuş əməkdaşları Muxtar Qasımlı və Rauf Əsgərovun məzarlarını ziyarət ediblər. Ziyarət iştirakçıları şəhidlərin əziz xatirəsinə sonsuz ehtiramlarını bildirib, məzarları önünə əklil qoyulub, gül dəstələri düzülüb. Xatırladaq ki, “AzerGold” QSC-də Mühafizə xidmətində çalışmış Muxtar Qasımlı Füzuli rayonu, Təmir-tikinti və energetika şöbəsinin Generator sahəsi üzrə rəisi vəzifəsində çalışmış Rauf Əsgərov isə Füzuli və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Baş leytenant Muxtar Qasımlı 2020-ci ilin 2 oktyabr tarixində Füzuli rayonunun Alxanlı, baş leytenant Rauf Əsgərov isə 26 oktyabr tarixində Mərdinli kəndində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Qeyd edək ki, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiklərinə görə Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Rauf Əsgərov “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə”, Muxtar Qasımlı isə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. “AzerGold” QSC və onun törəmə şirkətləri Vətən müharibəsində şəhid olan bütün hərbçilərimizi qürurla anır, onların əziz xatirələrinə hörmət və ehtiramını ifadə edir. Geri dön |