Ana Sayfa > Ölkə > Gədəbəydə 27 Sentyabr Anım Günü ilə bağlı şəhidlər xiyabanı ziyarət edildi

Gədəbəydə 27 Sentyabr Anım Günü ilə bağlı şəhidlər xiyabanı ziyarət edildi


Bu gün, 16:07. Yazar: azer
Gədəbəydə 27 Sentyabr Anım Günü ilə bağlı şəhidlər xiyabanı ziyarət edildi

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında həm qürur, həm də kədər günü kimi qalır. Bu gün Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi ehtiramla yad olunur.

2025-ci il sentyabrın 27-də Gədəbəy rayonunda şəhidlər xiyabanı ziyarət edilib. Ziyarətdə rayon icra hakimiyyətinin rəhbərliyi və əməkdaşları, Yeni Azərbaycan Partiyasının Gədəbəy rayon təşkilatının sədri və nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, şəhid ailələri və Vətən müharibəsinin iştirakçıları iştirak ediblər.

Ziyarət, şəhidlərimizin əziz xatirəsinə hörmət əlaməti olaraq qərənfillərin qoyulması ilə başlayıb. Daha sonra məzarlar yad edilərək, ruhlarına dualar oxunub. Sonda iştirakçılar bir dəqiqəlik sükutla qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.

Bu an bir daha göstərdi ki, şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayır və onların qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir.
Geri dön