Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Təzəpir məscidində bayram namazı qılındı

Təzəpir məscidində bayram namazı qılındı


24-09-2015, 13:36. Yazar: admin


Bu gün Bakının Təzəpir məscidində Qurban bayramı münasibətilə bayram namazı qılınıb

APA-nın xəbərinə görə, Bakının ən böyük məscidində bayram namazı axund Hacı Cəlil Şahbazovun imam-camaatlığı ilə qılınıb. Daha sonra dindarlar bir-birlərini bayram münasibətlə təbrik ediblər.

Qafqaz Müsəlmanları İdarəsindən bildirilənə görə, ölkənin bütün məscidlərində bayram namazları qılınıb, dualar oxunub.

Xatırladaq ki, sentyabrın 24-25-də Azərbaycanda Qurban bayramı qeyd olunur.
Geri dön