Ana Sayfa > İdman > "İmişli" "Zirə" ilə heç-heçə edib

"İmişli" "Zirə" ilə heç-heçə edib


Bu gün, 17:32. Yazar: sevinc1
"İmişli" "Zirə" ilə heç-heçə edib

Misli Premyer Liqasının VI turunda "İmişli" "Zirə" ilə heç-heçə edib.

aia.az-ın məlumatına görə, Quba Olimpiya İdman Kompleksindəki turun açılış matçında tərəflər hərəyə bir dəfə fərqləniblər.

"İmişli"dən Dioqo Rollo (26) paytaxt təmsilçisindən isə David Volkov (80) adını tabloya yazdırıb.

"Zirə"nin 12, bölgə kollektivinin isə 8 xalı var.

Qeyd edək ki, günün ikinci matçında "Qarabağ" "Qəbələ" ilə üz-üzə gələcək. Görüş "Azərsun Arena"da, saat 19:00-da başlayacaq.

aia.az
Geri dön