Ana Sayfa > Təhsil > Özəl bağçalar üçün qrant müsabiqəsi elan olundu
Özəl bağçalar üçün qrant müsabiqəsi elan olunduBu gün, 16:55. Yazar: sevinc1 |
![]() 2025/2026-cı tədris ilində məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə qrant müsabiqəsi elan olunub. Bu barədə aia.az-a MÜTDA-dan məlumat verilib. Müsabiqə çərçivəsində məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, özəl məktəbəqədər təhsil müəssisələrində maksimum 5300 təhsilalanın maliyyələşdirilməsi mümkündür. aia.az Geri dön |