Ana Sayfa > Karusel / Siyasət / Parlament > Əli Əhmədov Çili Respublikası Milli Konqresi Senatının nümayəndə heyəti ilə görüşüb
Əli Əhmədov Çili Respublikası Milli Konqresi Senatının nümayəndə heyəti ilə görüşübBu gün, 13:19. Yazar: azer |
![]() Sentyabrın 26-da Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Çili Respublikası Milli Konqresi Senatının nümayəndə heyəti ilə görüşüb. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qonaqları salamlayan birinci vitse-spiker Azərbaycanın Çili ilə əlaqələrin inkişafına maraq göstərdiyini deyib. Əli Əhmədov xalqlarımızın birləşdirən ortaq bəşəri dəyərlərin, 30 ildən çox davam edən diplomatik əlaqələrin iki ölkə arasında iqtisadi və siyasi dialoqun inkişafına müsbət təsir göstərdiyi bildirib. Qeyd olunub ki, Azərbaycan və Çili bir sıra sahələrdə və platformalarda əməkdaşlıq edir. Milli Məclis sədrinin birinci müavini hər iki ölkənin parlamentlərində qarşılıqlı dostluq qruplarının olmasını yüksək qiymətləndirib, parlamentlərarası münasibətləri ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin mühüm tərkib hissələrindən biri kimi dəyərləndirib. O, Çili senatorlarının bu səfərinin Azərbaycan-Çili əlaqələrinin daha da inkişafına və möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib. Çili Milli Konqresi Senatının İnsan hüquqları daimi komitəsinin sədri, Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Fransisko Çauhan qonaqpərvərliyə görə təşəkkür edib. Senator ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi imkanları ilə bağlı fikirlərini bölüşüb, bu münasibətlərin intensivləşməsində parlamentlərin rolunu vurğulayıb. Sonra Çili Senatının İqtisadiyyat daimi komitəsinin sədri Roxo Edvards, Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Xuan Karlos Salazar Alvares Azərbaycanla Çili münasibətlərinin hazırkı vəziyyəti, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi perspektivləri barədə fikirlərini səsləndiriblər. Söhbət tərəfləri maraqlandıran digər mövzular ətrafında fikir mübadiləsi ilə davam etdirilib. Geri dön |