Ana Sayfa > Gündəm > Yadplanetlilər generalların görüşünü izləyib? – Bakı səmasında görünən UNO-nun SİRRİ

Yadplanetlilər generalların görüşünü izləyib? – Bakı səmasında görünən UNO-nun SİRRİ


19-02-2017, 11:03. Yazar: admin
Yadplanetlilər generalların görüşünü izləyib? – Bakı səmasında görünən UNO-nun SİRRİ







İbtidai icma quruluşunda insanlar ona görə lüt gəzərdilər ki, əqli şüur inkişaf etməmişdi və çılpaqlığın eyib olduğunu düşünməzdilər. Bu 3 milyon il öncə baş verib, amma o zaman belə eyib yerlərin örtülməsi üçün “əncir yarpağı texnologiyası” mövcud idi. 3 milyon il sonra insanın “əncir yarpağı”ndan belə imtina edərək tamamilə lüt gəzməsi ağılsızlıq olduğu qədər də, qəribə görünür.

Söhbət nudistlərdən gedir: bu nəzəriyyənin davamçıları tamamilə çılpaq gəzir və bunun azadlıq olduğunu bəyan edirlər. Məlumatlara görə, təkcə Böyük Britaniyada 13 min nudist var. Onların hədəfi isə bütün dünyanı soyundurmaqdır.


Burada hamı lüt gəzir: kişilər istədikləri çılpaq qızı... - FOTOLAR
13 min insan lüt gəzməyi qanuniləşdirmək üçün...


İnsanların etirazına baxmayaraq, nudistlər öz istəklərindən əl çəkmək niyyətində deyillər. Hətta ingilislərin ölkəsində evlərin təmizliyi üçün çılpaq xadimə təklif edən “Naturis Cleaners” şirkəti də fəaliyyətə başlayıb.

Nə qədər ağlasığmaz və qəribə görünsə də, bu günümüzün reallığıdır. Bütün bu reallıqdan çıxış edəndə hesab etmək olur ki, 3 milyon il öncədən günümüzə qədər insanlar geyinmək üçün yaşayıblar, bundan sonra isə artıq soyunmaq dəbə minir. İbtidai icma quruluşu qayıdırmı?! Bunu dəqiq demək çətindir, amma həqiqətən də dünyada nələrsə baş verir.

Təsəvvür edin: ömrü boyu danışdığımız, oxucuların ən çox maraqlandığı yadplanetlilər Bakı səmasında görünüb. Çəkilmiş videodan da aydın görünür ki, UNO gözlə görünən məsafədən uçur.


Bu gün Bakı səmasında görünən UNO - ANBAAN VİDEO
Bu gün paytaxt Bakıda naməlum obyekt görünüb.


Güman ki, çoxları bu xəbərə inanmayıb, amma videoya baxanda ciddi şübhələr yaranır.

Ən diqqətçəkən məqam isə UNO-nun ABŞ və Rusiya generallarının Bakıda görüşdükləri gündə peyda olması idi.


ABŞ və Rusiya: müharibə, yoxsa... - Generalların qapalı Bakı görüşünün SİRRİ
Müharibə, yoxsa...


Bakı görüşündə iki böyük gücün – ABŞ və Rusiyanın münasibətlərinə aydınlıq gətirilirdi və bu təkcə həmin ölkələr üçün yox, bütün dünyanın gələcəyi üçün vacib idi. Konsprioloji yanaşmadan çıxış etsək, deyə bilərik ki, “yadplanetlilər dünyanın gələcəyinin Bakıda necə həll edildiyini, hansı qərarların verildiyini bilmək üçün gəliblər”.

Buna yəqin ki, çoxları inanmayacaq. Əslində inanmaq bir qədər çətindir də. Yenə də mühüm Bakı görüşü vaxtı paytaxtımızın səmasında görünən qeyri-adi uçan obyekt arasında hansısa paralelliyin olduğunu iddia etmək mümkündür.

aia.az
Geri dön