Ana Sayfa > Manşet / Siyasət > Eltun Süleymanov: " İlham Əliyev BMT tribunasından yeni beynəlxalq düzənin ədalət prinsiplərini bəyan etdi"
Eltun Süleymanov: " İlham Əliyev BMT tribunasından yeni beynəlxalq düzənin ədalət prinsiplərini bəyan etdi"Bu gün, 12:23. Yazar: azer |
![]() Nyu-Yorkda – BMT Baş Assambleyasının 80-ci sessiyasında Azərbaycanın səsi bir daha ucaldı. Bu, sadəcə bir dövlət başçısının çıxışı deyildi. Bu, haqqın, ədalətin, qələbənin və sülhün səsi idi. Azərbaycan Prezidenti cənab İlham Əliyev dünya birliyinə təkcə ölkəmizin tarixi mübarizəsindən danışmadı, həm də yeni beynəlxalq düzənin ədalət prinsiplərini bəyan etdi. Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib. Müsahibimiz deyib ki, İllər boyu BMT kürsüsündən Azərbaycan torpaqlarının işğalını, bir milyon insanın qaçqın düşməsini, qəbul olunub icra edilməyən qətnamələri xatırladan cənab Prezident İlham Əliyev bu dəfə tam fərqli bir mövqedən danışdı. O, qürurla bildirdi: “Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan danışacağam.” Azərbaycan bu sözlərlə dünya qarşısında haqq işinin qələbəsini təsdiqlədi. Vətən müharibəsi yalnız ərazi bütövlüyümüzün bərpası deyildi – bu, həm də beynəlxalq hüququn illərdir tapdanan prinsiplərinin bərpası idi. Cənab Prezident açıq dedi ki, Azərbaycan müharibəni beynəlxalq humanitar hüquqa riayət edərək apardı. Şəhərlərimizi raketlərlə vurub mülki əhalimizi qətlə yetirən Ermənistanın əksinə, Azərbaycan mülki şəxsləri qorudu. Vətən müharibəsində qazandığımız Qələbə ədalətin bərqərar olmasının sübutu idi. Daha önəmlisi, Qələbədən dərhal sonra Azərbaycan sülhün tərəfdarı olduğunu göstərdi. Ermənistanla münasibətlərin normallaşdırılması üçün beş əsas prinsip irəli sürüldü, sülh müqaviləsi masaya qoyuldu. Vaşinqtonda imzalanan sənədlər, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflanan sülh müqaviləsi, ATƏT-in Minsk qrupunun tarixə qovuşması – bütün bunlar Azərbaycanın diplomatiyasının tarixi nailiyyətləridir. Artıq qlobal diplomatiyada yeni Azərbaycan görünür. Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın regional təşəbbüslərdən qlobal proseslərə qədər uzanan geniş fəaliyyətini nümayiş etdirdi. COP29-un uğurlu nəticələri, “Bakı Maliyyə Hədəfi”, enerji təhlükəsizliyində Azərbaycanın əvəzolunmaz tərəfdaş kimi rolu bir daha təsdiqləndi. Dövlət başçısı bəyan etdi: “Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib.” Bu sözlər Azərbaycanın artıq yalnız Xəzər hövzəsinin deyil, Avropa və Yaxın Şərqin enerji sabitliyində mühüm dayağa çevrildiyini göstərir. Humanitar missiya və Böyük Qayıdışdan danışan cənab Prezident İlham Əliyev həm də Azərbaycanın humanitar dəyərlərə sadiqliyini dünyaya xatırlatdı. İşğaldan azad edilmiş torpaqlarda həyata keçirilən “Böyük Qayıdış” proqramı, minlərlə insanın doğma yurduna dönməsi, məscidlərin, şəhərlərin, kəndlərin bərpası bu siyasətin bariz nümunəsidir. Amma Ermənistanın qoyub getdiyi minalar bu qayıdışı ləngidir. Bu faciə də cənab Prezidentin nitqində dünya birliyinə çatdırıldı. Çıxışın ən yadda qalan və ən təsirli hissəsi bi də cənab Prezident İlham Əliyevin qlobal ədalət çağırışı idi: “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq.” Bu, Azərbaycanın BMT kürsüsündən verdiyi tarixi mesajdır – dünya nizamı yalnız güclünün yox, ədalətin tərəzisində qurulmalıdır. Azərbaycan Prezidentinin BMT Baş Assambleyasındakı çıxışı dövlətimizin beynəlxalq mövqeyini bir daha təsdiqlədi. Bu nitqdə həm Zəfərin qüruru, həm sülhün çağırışı, həm də gələcək üçün böyük bir vizyon vardı. Azərbaycanın yeni diplomatik erası haqqın və ədalətin carçısı olmaq üzərində qurulub-deyə E. Süleymanov fikrini tamamlayıb. Geri dön |